Xəbər lenti

Türkiyədə üç böyük zəlzələnin şahidi olan beş min illik məhəllə: Bir daş belə düşmədi - FOTO 0

Tarix: 17-02-2023 13:30     Baxış: 1 141



Türkiyənin Elazığ şəhərinin 5 000 illik tarixi olan Harput məhəlləsi son üç ildə altı baldan yuxarı şiddətdə üç zəlzələyə şahid olub.

Lakin məhəllədə bir daş belə düşməyib. Dəniz səviyyəsindən 1 200 metr hündürlükdə yerləşən məhəllədə tarixi abidələrlə yanaşı, nisbətən yeni tikililərə də ziyan dəyməyib.

UNESCO-nun müvəqqəti irs siyahısında olan Harput məhəlləsi tikildiyi gündən bu yana çoxlu zəlzələ yaşayıb.

2020-ci ildə episentri Elazığ olan 6,8, daha sonra episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin güclü hiss edildiyi tarixi ərazidə bir dənə də olsun dağıntıya rast gəlinməyib.

İtaliyadakı Piza qülləsindən daha əyri olduğu sübut edilən əyri minarə, Harput qalası və digər tarixi mehmanxana, hamam və malikanələrdə baş verən zəlzələlər zamanı bir daş belə düşməyib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar