Xəbər lenti
25-02-2025, 22:09
 
25-02-2025, 00:46
 
24-02-2025, 14:44
 
20-02-2025, 12:48
 

Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - Fotolar

Tarix: 26-02-2025 12:20     Baxış: 224

Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 33-cü ildönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, Anım tədbirlərində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, RİH-in rəhbər heyəti və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə Şəmkir Şəhidlər Xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Daha sonra insanlıq əleyhinə ən böyük cinayətlərdən olan Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Anım tədbirlərində çıxış edənlər bildirib ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi və həmin gün tarixin ən dəhşətli qətliamlardan biri xocalılara qarşı törədildi.

Qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı və Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

Xüsusilə vurğulandı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır və həmin ərazilərə aparılan abadlıq-quruculuq işləri ilə yeni həyat qaytarılır.

Tarixin ən böyük faciələrindən olan Xocalı soyqırımın 33-cü ildönümü münasibətilə Şəmkir rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində təhsil müəssisələrində xüsusi dərslər keçirilib, tədbirlər təşkil olunub, faciə qurbanlarının xatirəsinə məscidlərdə təşkil olunan mərasimlərdə dualar oxunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar