Xəbər lenti
25-02-2025, 22:09
 
25-02-2025, 00:46
 
24-02-2025, 14:44
 
20-02-2025, 12:48
 

Daşkəsəndə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib - Fotolar

Tarix: 26-02-2025 01:28     Baxış: 224

Fevralın 25-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mədəniyyət Mərkəzi və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru ilə birgə mədəniyyət işçilərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edənlər ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söz açaraq bildiriblər ki, 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırımı olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini almışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul etmişdir. XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərərfindən uğurla davam etdirilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, soyqırıma obyektiv qiymət verilməsi yönündə Azərbaycan dövləti bütün zəruri addımları atır. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva, həmçinin Fondun vitse-prezidenti hörmətli Leyla xanım Əliyeva müstəsna işlər görürlər. Ölkəmizdə və dünya miqyasında aparılan böyük işlərinin və həyata keçirilən geniş tədbirlərin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Çıxışlarda vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Qarabağda qazandığı Böyük Zəfər, həmçinin 2023-cü ilin sentyabrında lokal xarektrli antiterror tədbirləri nəticəsində xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası döyüş meydanlarında alındı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Artıq Qarabağa və Şərqi Zənguza qayıdış başlanmışdır.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Danışır Xocalı” sənədli film nümayiş etdirilib, fotostendə baxış keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar