Xəbər lenti
25-02-2025, 22:09
 
25-02-2025, 00:46
 
24-02-2025, 14:44
 
20-02-2025, 12:48
 

Gəncədə voleybol yarışının bağlanış mərasimi keçirilib - Fotolar

Tarix: 25-02-2025 23:19     Baxış: 455

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, "Gəncə" Voleybol Klubunun dəstəyi ilə Gəncə İdman Sarayında 8-11-ci sinif şagirdləri arasında təşkil olunan voleybol yarışının bağlanış mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Bağlanış mərasimində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

“Sağlamlıq və təhlükəsizlik” aylığı çərçivəsində keçirilən voleybol yarışında 46 komandada 552 nəfər şagird iştirak edib. Məktəb, məktəblərarası və region olmaqla 3 mərhələdə keçirilən yarışın yekun final mərhələsinin nəticələrinə əsasən oğlanlar arasında I yerə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin, II yerə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin, III yerə Gəncə şəhər 23 nömrəli tam orta məktəbin komandası, qızlar arasında I yerə Gəncə şəhər 31 nömrəli tam orta məktəbin, II yerə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin III yerə isə Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin komandası layiq görülüb.

Qeyd edək ki, oğlanlar və qızlar arasında basketbol yarışı da davam etdirilir. Növbəti günlərdə həmin yarışın da final mərhələsi keçiriləcəkdir. 

Bildiririk ki, "Sağlamlıq və təhlükəsizlik" aylığının keçirilməsində məqsəd 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması, onların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin formalaşdırılmasıdır. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar