Xəbər lenti
25-02-2025, 22:09
 
25-02-2025, 00:46
 
24-02-2025, 14:44
 
20-02-2025, 12:48
 

Xocavənddə Fevral Şəhidlərinin xatirəsi yad edilib - Fotolar

Tarix: 25-02-2025 16:54     Baxış: 350

  25 fevral 2025-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız - Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları Xocavənd qəsəbəsində  Şəhidlərin xatirəsinə salınmış Qəhrəmanlar parkında yerləşdirilmiş xatirə lövhələri önünə  qərənfillər düzərək xatirələrini yad ediblər. 

   Anım tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, ictimaiyyət nümayəndələri və müharibə iştirakçıları iştirak ediblər.

   Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatları zamanı ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar