Xəbər lenti

Xocavənd Rayon İcra Hakimiyyətində Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib - Fotolar

Tarix: 25-02-2025 00:27     Baxış: 490

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun sədrliyi ilə Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər planının icra vəziyyəti və işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Mubarizciler.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  şöbə müdirləri və məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.

Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirməyin ən böyük nailiyyət olduğunu və Azərbaycan xalqı üçün bu nailiyyətin hüquqi-siyasi, sosial-iqtisadi fundamentinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırıldığını diqqətə çatdırmışdır. Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayan RİH başçısı Eyvaz Hüseynov imzalanan bu Sərəncamın ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə etdiyini, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilməli olduğunu qeyd etmişdir.

Müşavirədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər planının icra vəziyyəti və işin təşkili ilə bağlı səmərəliliyin artırılması  məsələləri müzakirə olunub




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar