Xəbər lenti

Azər Məmmədov İsmayıllıda vətəndaşları qəbul edib - Fotolar

Tarix: 24-02-2025 16:07     Baxış: 945

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov İsmayıllı rayonunun sakinləri ilə görüşüb.

İB-dən Mubarizciler.az a verilən məlumata görə, havanın qarlı olmasına baxmayaraq vətəndaş qəbuluna İsmayıllı ilə yanaşı, Ağsu rayonunun kəndlərindən olan sakinlər də təşrif buyurublar.

Ümumilikdə görüşə gələn 30 vətəndaş 50 nəfərin adından qaz təchizatı ilə bağlı müraciət ünvanlayıb. Bunlar da əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması və işə qəbul ilə bağlı olub.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar