Xəbər lenti
20-02-2025, 12:48
 

Azər Qocayev Şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 21-02-2025 13:32     Baxış: 287

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev I Qarabağ Müharibəsi şəhidi Aydınov Rəfi Telman oğlunun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları I Qarabağ Müharibəsi şəhidi Aydınov Rəfi Telman oğlunun ailəsini ziyarət edib.Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, Rəfi Aydınov kimi qeyrətli oğullarımız həmin dövürdə hərbi sahədə çatışmamazlıqların olduğu bir zamanda,  çətin şəraitdə  vətənin müdafiəsinə qalxmış, düşmən qarşısında sinələrini sipər etmişdir.Lakin 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz düşmən məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Bu gün qəhrəman oğullarımızın sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız azad səmamızda dalğalanır, I Qarabağ Müharibəsi şəhidlərinin qisası döyüş meydanında alındı. Şəhid ailələri hərtərəfli dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.Prezident cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə,  qazilərə, veteranlara yüksək həssaslıqla yanaşır, onların sosial həyat təminatının yaxşılaşdırılması üçün lazimi tədbirlər görürlər və bu tədbirlər həssas qruplar tərəfindən təqdirlə qarşılanır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki Aydınov Rəfi Telman oğlu 1970-ci ildə Kəlbəvər rayon Mərcimək kəndində anadan olmuşdur. Aydınov Rəfi Kəlbəcər rayon Mərcimək kənd orta məktəbini bitirdikdən sonura 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış və 1990-cı ildə Amur Vilayyətində hərbi xidməti başa vurub vətənə qayıtmışdır.

Erməni işğalçılarının torpaqlarımıza təcəvüzə başlayan anlardan könüllü olaraq, özünümüdafiə dəstələrinə qoşularaq, qanlı döyüşlərdə iştirak etmişdi. Aydınov Rəfi Telman oğlu Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi düşmüş döyüşlərin fəal iştirakçılarından bir olub. Rəfi Murovdağ əməliyyatı zamanı Meydançay yaxınlığında baş verən şiddətli döyüşlərdə qəhramanlıq göstərək ermənilərin qurduqları pusquları və xeyli sayda canlı qüvvəsini məhf etmiş dostlarını xilas edərkən qəhrəmancasına şəhid olmuşdur. 1994-cü ildə həyata keçirilən Murovdağ əməliyyatında şəhid olub.

Bir qız övladı Vətənə əmanət qalıb. Ulu Öndər Heydər Əliyev imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar