Xəbər lenti

Xətai rayonu təşkilatının təşkilatçılığı ilə hesabat-seçki yığıncağı keçirilib - Fotolar

Tarix: 20-02-2025 17:17     Baxış: 1 799

2025-ci il fevral ayının 20-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Sadıqcan küçəsi 23 ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Mubarizciler.az xəbər verir ki, Yığıncağı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu barədə geniş nitq söyləyib, əldə olunan nəticələrdən söhbət açıb və qarşıda duran vəzifələrlə bağlı partiya üzvlərinə tövsiyələrini verib.

Hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonra təşkilatı məsələlərə baxılıb. Ruslan Nağıyev YAP Xətai rayon təşkilatının Sadıqcan küçəsi 23 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Şəhla Xəlilova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev yeni tərkibi təbrik edib və onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar