Elçin Tağıyev: Məhərrəm Quliyev rəhbərinə sadiq, vətəndaşlara şərəflə xidmət edən bir ziyalıdır 0
Əziz dostlar,sosial şəbəkə fəalları xatırladım ki, Goranboy Rayon Icra Hakimiyyətinin başçısı Məhərrəm Böyükağa oğlu Quliyev rəhbərinə sadiq, vətəndaşlara şərəflə xidmət edən bir ziyalıdır.
Ünvanına edilən müraciətlərə operativ şəkildə cavab verərək səsləndirilən məsələlərin həlli üçün müvafiq tapşırıqlarını verir.
Qeyd edim ki, Goranboy rayonunda 1-ci Qarabağ müharibəsi Vətən müharibəsinin Şəhid Qazi ailələrinə daim diqqət etmiş, onların ailələrini və bütün Şəhidlərimizin məzarlarını ayrı-ayrılıqda ziyarət etmişdir.
Bu edilən ziyarətlərin canlı şahidiyəm.
Bütün rayonlara nümunə olan Goranboyda abadlıq qruculuq, vətəndaş məmnunluğu yüksək səviyyədədir.
P.S Şəhid valideynlərinin dəvəti ilə ətraf rayonlara Şəhidlərimizin anım və mövlud günlərində iştrak etməyim üçün dəvətlər alıram.
Dəfələrlə Ağstafa rayonuna Şəhid qardaşlarımızın tədbirlərində iştrak edəndə vətəndaşlar, ziyalılar ictimaiyyət nümayəndələri mənə yaxınlaşaraq Məhərrəm Quliyevin ünvanına bu kəlmələri ifadə edirdilər.
"Qəhrəman Goranboylulara bizlərdən salam olsun, Sizin rayon cəsur, əyilməz, igidlər yetirən bir rayondur. Bu gün Sizin rayonunuza rəhbərlik edən Məhərrəm Quliyev bizlərin qəlbində bu cür yaşayaraq xatırlanıb: Sadə, səmimi, mehriban bir ziyalı kimi. Daim imkansızların yanında olaraq onlara köməkliklərin edilməsində əlindən gələni əsirgəməyib. Məhərrəm müəllim biz Agstafalıların qəlbindədir"
Məhərrəm Quliyevə çətin və şərəfli işində uğurlar diləyirəm!
Xoş arzularla: ELÇİN TAĞIYEV
Xəbəri paylaş