Xəbər lenti

Elçin Kərimov Goranboy rayonunda təhsil işçiləri ilə görüşüb - Fotolar

Tarix: 18-02-2025 18:38     Baxış: 2 898

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşları və həmin təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələr verilib.

İdarə müdiri tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Goranboy şəhər  4 nömrəli tam orta məktəbin inzibati binasına baxış keçirilib və məktəb kollektivi ilə söhbət aparılıb.

Daha sonra Goranboy şəhər 1 nömrəli tam orta məktəbin inzibati binasında şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərin pedaqoji kollektivi ilə görüş keçirilib. Görüşdə sinif komplektlərinin təşkili, etik davranış qaydaları və.s barədə söhbət aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar