Xəbər lenti
20-02-2025, 12:48
 

Xətai rayon ərazi partiya təşkilatında görüş keçirilib - Fotolar

Tarix: 18-02-2025 14:59     Baxış: 224

2025-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Süleyman Vəzirov küçəsi 7 ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki  tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı rolundan danışıb. O qeyd edib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada özünəməxsus layiqli yerini tutub, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı zəfər nəticəsində üçrəngli bayrağımız dövlət suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. 

R.Mirzəyev 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seşkilərində YAP-ın qazandığı qələbə münasibəti ilə partiya üzvlərini təbrik edib və bunu partiyanın növbəti uğuru adlandırıb.

Tədbirdə çıxış edənlər – SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji nəqliyyat departamentinin direktoru Yaşar Şəmsəddinov, Süleyman Vəzirov küçəsi 7 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elşən Məmmədov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli  Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Natiqlər YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyiblər.

Sonda YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev partiya üzvlərinə tövsiyələrini verib, onlara  ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar