Xəbər lenti

Hüquq müdafiəçilərinin əfv siyahısı - Onların arasında tanınmışlar da var 0

Tarix: 17-02-2023 01:51     Baxış: 794

Hüquq müdafiəçiləri Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına bəzi məhbusların azadlığa buraxılması ilə bağlı siyahı ünvanlayıb.

Bu barədə Modern.az-a Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, Komisisiyaya göndərilən siyahıda 28 nəfərin adı yer alıb. N.Cəfəroğlu hazırladıqları siyahıda bəzi tanınmış şəxslərin olduğunu söyləyib:

 

“Bizim siyahıya jurnalistlər, bloqerlər, siyasi motivlərlə həbsdə olanlar daxil edilib. Eyni zamanda Gəncə və Tərtər hadisələri zamanı həbs olunan, xəstəliyi olan məhbusların adlarını yazmışıq. Biz həm də xahiş edirik ki, ömürlük həbsdə olanlarla bağlı qərar qəbul olunsun. 20 ildən çox həbsdə olan, cəmiyyətə təsir gücü qalmamış insanlar azadlığa buraxılsın. Məsələn, "Qaranquşlar", "OMON"çuların tərkibində olan insanların hamısı müharibədə iştirak edib. Həmin qruplaşmaların üzvlərindən kim 20 il həbsdə olubsa, azadlığa buraxılsın. Məncə, bununla bağlı qərar yerinə düşərdi".

 

N.Cəfəroğlu humanitar məqsədlə də əfv üçün müraciət etdiklərini vurğulayıb:

"Biz istəyirik ki, böyük əfv olsun. Nə ABŞ, nə də Qərb bizim üzümüzə siyasi məhbus məsələsini vura bilsinlər.  Biz eyni zamanda humanitar siyahı da təqdim etmişik. Sabiq deputat Hüseyn Abdullayev, keçmiş baş prokuror Eldar Həsənov xəstədirlər. Onların xəstəlikləri nəzərə alınmaqla, əfv olunmasını istəyirik".

Qeyd edək ki, yanvardan başlayaraq indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının dörd iclas keçirib. Ümumilikdə 600-dən çox müraciətə baxılıb. 

Əfv sərəncamının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında imzalanması gözlənilir. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar