Xəbər lenti

Goranboyda nə baş verir FOTO

Tarix: 16-02-2025 20:47     Baxış: 1 855

Goranboyda qayınata gəlininə əl qumbarası atıb.

Mubarizciler.az xəbər verir ki bu barədə APA məlumat yayıb.

Məlumata görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakini 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan qadın Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Yaxınları bildirib ki, hadisə zamanı gəlinlə yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar