Xəbər lenti

Goranboyun kəndinə yeni su xətti çəkilib - Fotolar

Tarix: 15-02-2025 11:18     Baxış: 1 848

Fəxralı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması sahəsində əsaslı işlər görülüb.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər  rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Fəxralı kəndində fərdi yaşayış evlərinə çəkilmiş su xəttlərinin istifadəyə verilməsi ilə bağlı, kənd ictimaiyyəti ilə görüş keçirdi. İcra Başçısı, kəndin su təminatının yaxşılaşdırılması ilə bağlı, görülmüş işlərlə yerində tanış oldu, gələcəkdə bu istiqamətdə işlərin genişləndirilməsi məqsədilə tapşırıq və tövsiyələrini bildirdi. 760 fərdi yaşayış evi olan  Fəxralı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2023-2024-cü illərdə 712 fərdi yaşayış evinə  su xəttləri çəkilərək istifadəyə verilmiş, 48 evin  isə növbəti mərhələdə su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar