Xəbər lenti
20-02-2025, 12:48
 

Goranboydan bir qrup Din xadimləri Bakıya səfər ediblər - Fotolar

Tarix: 14-02-2025 23:00     Baxış: 1 260

Goranboydan bir qrup Din xadimləri Bakı şəhərinə səfər ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Goranboy - Naftalan bölgəsi üzrə Qazılığının təşilatçılığı ilə Bakı şəhərinə səfər təşkil olunmuşdur.

Mubarizciler.az xəbər verir ki, səfər çərçivəsində din xadimləri ilə yanaşı 44 günlük Vətən müharibəsinin və Lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik məqamına ucalmış oğullarının valideyinləri, Goranboy rayon Ağsaqqallar Şurasının üzvüləri və bir qrup ziyalılar iştrak edib.

Şəhid ataları və din xadimləri ilk öncə Fəxri Xiyabana gələrək xalqın müdrik oğlu  Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edib önünə tər qərənfillər düzərək ruhlarına dualar oxudular.

 Daha sonra din xadimləri Bakı şəhərində Tolerantlıq Evini ziyarət etmiş, yaradılan şəraitlə tanış olublar. Tolerantlıq Evinin əməkdaşı ətraflı məlumat verərək nümayiş edilmiş eksponatlar haqqında ətraflı məlumatlar verilib. Azərbaycanda belə bir möhtəşəm Tolerantlıq Evinin yaradılması qürurverici bir tarixi hadisədir deyə din xadimləri Tolerantlıq  Evinin  bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıblar.

Din xadimləri və nümayəndələr Bakı şəhərinə səfər çərçivəsində 44 günlük Vətən müharibəsinin Qəhrəmanlıq simvolu olan Zəfər və Qənimətlər Parklarında ziyarət etmişdilər.

Sonda 2-ci Fəxri Xiyabanda Şəhid və Milli Qəhrəmanlarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar