Gəncədə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib - Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyənin Gəncədəki vitse konsulu Yiğit Yalın Soyal, Gürcüstanın GəncədəkiBaş konsulu Qaxaber Abdaladze, Gəncə Dövlət Universitetininrektoru, professor Yusuf Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Tibb kollecinin müdiri, əməkdar həkim Mehman Rzayev, GDU-nun nəzdində Regional kollecin direktor vəzifəsini icra edən Xoşqədəm Xudiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə qonaqlar Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi və 13 saylı körpələr evi-uşaq bağçası tərəfindən hazırlanan sərgiyə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasını da xüsusi xatırladıb. Uşaqları kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib.
Tədbirin davamında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək şagirdləri 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək mütaliə etməyin vacibliyindən danışıb.
Tədbirin davamında Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar təqdim edilib. Yekunda 100-dək müxtəlif nailiyyəti ilə seçilən şagirdə kitab hədiyə edilib.
Xəbəri paylaş



