Xəbər lenti

Şəhid Bəxtiyar Aslanovun xatirəsi anılıb - Fotolar

Tarix: 13-02-2025 14:52     Baxış: 875

44 günlük Vətən Müharibəsi zamanı şəhadətə ucalmış Şəhid Bəxtiyar Aslanovun ölümündən dörd il ötür.

Mubarizciler.az xəbər verir ki, tədbirində ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Anım tədbirində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən

müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb.

Prezident-ordu-xalq birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə qızıl hərflərlə yazıldığı bildirilib.

Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar