Naftalanda "Sağlamlıq və təhlükəsizlik ayı" elan edilməsi ilə bağlı dəyirmi masa keçirilib - Fotolar
Natalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Fevral ayının "Sağlamlıq və təhlükəsizlik ayı" elan edilməsi ilə bağlı dəyirmi masa təşkil edilib.
Mubarizciler.az xəbər verir ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması, onların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əmrinə əsasən idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevral ayı sağlamlıq və təhlükəsizlik ayı elan olunub.
Məktəbin direktoru Zamanov Fuad qeyd etdi ki, sağlamlıq və təhlükəsizlik ayı çərçivəsində Tədbirlər Planına uyğun olaraq məktəbdə idman nailiyyəti olan idmançılarla görüş, müxtəlif idman yarışları, şagird təhlükəsizliyi və şagirdlərdə sağlam qidalanma vərdişlərinin formalaşması ilə bağlı tədbirlər həyata keçirilir.
TTİÜDM-ni Səmədova Mətanət bildirdi ki,03 fevral tarixindən Tədbirlər Planına uyğun işlərin icrasına başlanılıb və uğurla davam edir.Tədbirlərə bütün kollektiv qoşulub.
Fiziki tərbiyə rəhbəri Roman Eliyev bildirdi ki,ən sürətli şagird və dama yarışları artıq başa çatıb.
Növbəti günlərdə idmançılarla görüş və digər tədbirlər təşkil ediləcək.
İbtidai sinif üzrə metodbirləşmə rəhbəri Mətanət Paşayeva bildirdi ki,ibtidai siniflərdə şən startlar və dama yarışları davam edir.
Tədbirlər Planına uyğun olaraq növbəti günlərdə sağlam qidalanma,sağlam həyat tərzi,zərərli vərdişlərə qarşı mübarizə,təhlükəsizlik və sair tədbirlər davam etdiriləcək.
Xəbəri paylaş



