Xəbər lenti

Laçın yolundakı aksiya ilə bağlı SON VƏZİYYƏT 0

Tarix: 17-02-2023 01:42     Baxış: 1 207

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 67-ci günündə gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.

 

MUBARİZCİLER.AZ xəbər verir ki, aksiya iştirakçıları fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

 

Könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən yüksək vətənpərvərlik əzmi nümayiş etdirir, ənənəvi şüarlarını səsləndirirlər. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

 

Ötən gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 65, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 14 avtomobil maneəsiz hərəkət edib.

 

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar