Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

İcra başçısı Şəhid atası ilə görüşüb - Fotolar

Tarix: 12-02-2025 15:07     Baxış: 917

ŞİH başçısı Vüqar Novruzov Abşeron rayonundan olan Şəhid Rauf İbadovun atası Məhərrəm İbadovla görüşüb.

Mubarizciler.az xəbər verir ki, Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzində müalicə alan Məhərrəm müəllimin müalicəsi ilə maraqlanan icra başçısı bildirib ki, Şanlı Zəfəri bizlərə bəxş edən Şəhidlərimizin ailələrinə qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsidir.

Söhbət zamanı şəhid ailələrinin və qazilərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən xalqımız tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğu vurğulanmışdır.

Görüşdə Məhərrəm müəllim Şəhid Rauf İbadovun ömür və döyüş yolundan, yaradıcılıq dünyasından bəhs edən “Rəssam-Kəşfiyyatçı” adlı nəfis tərtibatda çap edilmiş kitabını və rəsm əsərlərindən ibarət foto-albomu hədiyyə edib. 

Qeyd edək ki, Abşeron rayonunda yaşamış fəxrimiz Rauf İbadov 2020-ci il oktyabrın 23-də Laçın ərazisində qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar