Xəbər lenti

Şəmkirdə yeni məktəb binası istifadəyə verilib - Fotolar

Tarix: 11-02-2025 21:27     Baxış: 1 001

Bu gün Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi əhatə edir.

Şəmkir rayonunda da mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir.

Bu dəfə Zəyəm qəsəbəsində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir-bərpa işləri aparılan Əhməd Cəmil adına 1 saylı tam orta məktəb müəllim və şagirdlərin istifadəsinə verilib.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov təhsil müəssisəsində yaradılan şəraitlə tanış olublar. 

İş icraçıları tərəfindən bildirilib ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür imkanlar yaradılıb.

1176 şagird yerlik 2 korpusdan ibarət məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə verilib.

Qeyd olunub ki, müasir standartlara uyğun qurulan təhsil müəssisəsində kabinetlər də daxil 59 otaq var ki, bunlar içərisində kimya, fizika, biologiya, hərbi hazırlıq, texnologiya otaqları mövcuddur. 

Məktəbdə həmçinin qrand müsabiqəsi əsasında "Şən uşaqlar " adlı icmaəsaslı məktəbəqədər təhsil qrupu da fəaliyyət göstərir. 

Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir. Hazırda Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə və Cahangir Rüstəmov adına tam orta məktəbdə əsaslı təmir-bərpa işlər aparılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar