Xəbər lenti

Fərid Qayıbov Goranboyda vətəndaşları qəbul edib - Fotolar

Tarix: 11-02-2025 18:08     Baxış: 1 043

Fevralın 11-də gənclər və idman naziri Fərid Qayıbov Naftalan şəhər, Xocalı və Goranboy rayon sakinlərini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, Qəbuldan öncə nazir Fərid Qayıbov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə Goranboy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Goranboy Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar