Xəbər lenti

Anar Məmmədov “Azərişıq” rəhbərliyinə təşəkkür etdi - Fotolar

Tarix: 10-02-2025 11:09     Baxış: 2 058

Milli Məclisin deputatı Anar Məmmədov “Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

“Qafqazinfo” xəbər verir ki, deputat tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Goranboy rayonunun Yeni Yol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 100 kVa gücündə transformator yarımstansiyası quraşdırılıb.

Bu münasibətlə Anar Məmmədov Yeni Yol kəndində  kənd sakinləri ilə görüşüb, onları təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Görüşdə millət vəkili ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər də iştirak edib.

Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar