Xəbər lenti
20-02-2025, 12:48
 

Xankəndidə polis şagirdlərlə görüşüb - Fotolar

Tarix: 08-02-2025 23:07     Baxış: 413

Fevralın 7-də Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.

Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də bu istiqamətdə ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb, erkən nikahın səbəb olduğu problemlər, dini radikalizmin zərərli təsirləri barədə ətraflı məlumat verib. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verib. 

Polis polkovniki Zaur Nəsirov ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.

Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar