Xəbər lenti

Azər Qocayev Hüseynov Mirzə Xəlifə oğlunun ailəsini ziyarət edib - Fotolar

Tarix: 08-02-2025 14:12     Baxış: 994

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan Hüseynov Mirzə Xəlifə oğlunun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmən məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Vurğulanıb ki, Mirzə Hüseynov kimi qəhrəman oğullarımızın sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız azad səmamızda qürurla dalğalanır. 

Şəhidin həyat yoldaşı  onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Hüseynov Mirzə Xəlfə oğlu 03 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Çayqovuşan kəndində anadan olub. Orta məktəbə Göygöl rayonunda Mirzə 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Ailəli idi, iki övladı vətənə əmanət qalıb. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. 

Şəhid Hüseynov Mirzə 44 günlük Vətən müharibəsində Kəlbəcərin  azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra  "Kəlbəcərin azad olunmasına görə" medalı "Vətən uğrunda" medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar