Xəbər lenti
20-02-2025, 12:48
 

Rəşad Tağıyev səyyar qəbul keçirdi - Fotolar

Tarix: 07-02-2025 21:52     Baxış: 378

Qəbul zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.

RİH başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub.

İcra başçısı qeyd edib ki, regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri tədbirlər davam etdirilib, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına xidmət edir.

Mubarizciler.az xəbər verir ki, sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar