Xəbər lenti

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - Fotolar

Tarix: 07-02-2025 18:30     Baxış: 994

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az ın məlumatına görə, görüşdə çıxış edən ŞPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edib. 

O, bildirib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur.

Daha sonra erkən nikahların fəsadları barədə çıxış edən digər iştirakçılar, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar