Xəbər lenti
20-02-2025, 12:48
 

Gəncədə şagirdlər arasında voleybol yarışı keçirilib - Fotolar

Tarix: 07-02-2025 18:07     Baxış: 553

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında idmanın təşviqi və təbliği, idmana olan marağın artırılması, sağlam düşüncə və həyat tərzinin formalaşdırılması, onların vətənpərvərlik ruhunda böyüməsi və tərbiyələndirilməsini təmin etmək məqsədi ilə şagirdlər arasında voleybol yarışı keçirilib.

Mubarizciler.az xəbər verir ki, 400 nəfərədək şagirdin iştirak etdiyi yarışdan əvvəl GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan müxtəlif idman nailiyyətləti olan şagirdlərin təqdimatları həyata keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən yarışda çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov  çıxış edərək ümumi təhsil məktəblərində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili, məktəblilərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi məqsədilə belə tədbirlərin kütləvililiyinin artırılacağını bildirib. 

Bununla yanaşı idarə müdiri təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdığını, idmanın kütləviliyinin artdığını qeyd edib.

Yarışın davamında Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Gəncə şəhər  1 nömrəli Uşaq Gənclər idman şahmat məktəbinin dərnək üzvlərinin çıxışları izlənilib. Daha sonra məktəbli qızlardan ibarət komandaların voleybol yarışı keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar