Xəbər lenti

Seymur Orucov səyyar qəbul keçirib - Fotolar

Tarix: 05-02-2025 21:17     Baxış: 791

Ağstafanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrindən olan Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Böyük Kəsik kənd tam orta məktəbində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Səyyar qəbuldan əvvəl Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin adına əbədiləşdirilmiş Böyü Kəsik kənd tam orta məktəb binasının önündə büstü və Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olmuş Seyfəddin Mahmud oğlu Muradovun xatirəsinə inşa olunmuş bulaq abidə kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və tapşırıqlar verilib. Yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması ilə əlaqədar nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar