Xəbər lenti

Elçin Kərimov Daşkəsən rayonunda bir neçə təhsil müəssisəsində olub - Fotolar

Tarix: 05-02-2025 17:16     Baxış: 1 792

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Daşkəsən rayonunda bir neçə təhsil müəssisəsində olub.

Mubarizciler.az ın məlumatına görə, Elçin Kərimov əvvəlcə Daşkəsən rayon 5 nömrəli körpələr evi-uşaq bağçasında olub. İdarə müdiri təhsil müəssisəsində uşaqlar üçün yaradılan tədris mühiti, uşaqların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün tətbiq olunan innovativ yanaşmalarla, oyun və təlim vasitələri ilə maraqlanıb. Təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayaraq, təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb.

Daha sonra idarə müdiri Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbi ziyarət edərək, məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Görüşdə idarə müdiri təhsil müəssisələrində şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.

Bununla yanaşı Elçin Kərimov son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar