Xəbər lenti

Xocalıda ilk körpə dünyaya gəlib

Tarix: 04-02-2025 15:53     Baxış: 917

İşğaldan azad edildikdən sonra Xocalı rayonunda ilk körpə dünyaya gəlib.

Mubarizciler.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Xocalı rayon sakini, 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi körpə oğlan övladıdır.

Doğulan körpənin çəkisi 3,600 qr., boyu 51 sm. olub.

Ana və körpəsi təcili tibbi yardım briqadası vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə hospitalizasiya olunub.

Hazırda körpənin və ananın tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kənd sakini S.Məmmədovanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daim diqqətdə saxlanılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar