Xəbər lenti

2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup təhsil işçisi ilə görüş keçirilib - Fotolar

Tarix: 03-02-2025 21:30     Baxış: 1 610

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup təhsil işçisi ilə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov təhsil işçilərini 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elçin Kərimov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.

İdarə müdiri bildirib ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 

Tədbirin davamında müəllimlər çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər. Tədbir musiqi nömrələri ilə davam edib. 

Sonda bir qrup təhsil işçisi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşəkkürnamə ilə təltif olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar