Xəbər lenti

Goranboyda “2 fevral - Azərbaycan Gəncləri Günü” qeyd edildi - Fotolar

Tarix: 01-02-2025 11:38     Baxış: 1 988

Goranboyda “2 fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, bir qrup  Şəhid övladlarının, Qazilərin, ağsaqqalların, ziyalıların və gənclərinin  iştirakı ilə, “2 fevral-Azərbaycan Gəncləri Günü” ilə bağlı, Olimpiya İdman Kompleksində tədbir keçirildi. Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində və ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı, həyata keçirilən antiterror əməliyyatlarında gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğuladı. Müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə, Goranboy rayon İcra Hakimiyyəti Başçısının  Fəxri Fərmanları ilə təltif edildilər. Tədbirdə, məktəblilərin ifasında musiqi proqramı nümayiş etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar