Xəbər lenti

Gəncədə 2 fevral - Gənclər günü münasibətilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib - Fotolar

Tarix: 01-02-2025 00:32     Baxış: 2 289

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2  fevral - Gənclər günü münasibətilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

Mubarizciler.az xəbər verir ki, Yarışda Regional Təhsil İdarəsinin İnzibati təşkilat, Tədrisin keyfiyyəti, Maliyyə-İqtisadiyyat, yerli təhsil sektorlarının və Məktəblinin dostu layihəsinin əməkdaşları iştirak ediblər.

Gənclər günü ilə əlaqədar həyata keçirilən tədbirdə çıxış edən GDRTİ-nin müdiri Elçin Kərimov gənc əməkdaşları təbrik edib. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edərək onlara uğurlar arzulayıb.

İki hissədən ibarət olan yarışda komandalar ümumillikdə 30 sualı cavablandırmalı olublar. 

İntellektual yarışın keçirilməsində məqsəd işçilər arasında əməkdaşlığı və dostluğu gücləndirməkdən ibarət olub. Yarış iştirakçıları müxtəlif mövzularda onlara ünvanlanan sualları cavablandırıblar. 

Yarışın yekun nəticəsinə əsasən I yerə "Qasırğa", II yerə "Parlaq zəkalar", III yerə isə "Nirvana" komandası layiq görülüb. 

Müvafiq yerlərə layiq görülən komandalar Fəxri Fərman ilə təltif ediliblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar