YAP Xətai rayon təşkilatında rayonun bir qrup fəal gənci ilə görüş keçirilib - Fotolar
YAP Xətai rayon təşkilatında rayonun bir qrup fəal gənci ilə görüş keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, Yanvar ayının 31-də YAP Xətai rayon təşkilatı rayonun bir qrup fəal gənci ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev müstəqil Azərbaycanın gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. O bildirdi ki, Ümummilli Lider müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, Gənclər Fondu yaradıldı, “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 44 günlük Vətən müharibəsində qələbəmizin təminatçıları məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər oldu.
Görüşdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirdi ki, gənclər bizim gələcəyimizdir və bu gələcək indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. O xüsusi olaraq vurğuladı ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi yaxşı bilməli, inkişaf etdirməli, onların əsl təbliğatçısına çevrilməlidirlər. “Azərbaycan o ölkələrdəndir ki, təqvimdə gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. 2 fevral - Gənclər Günüdür” – deyə öz nitqinə başlayan Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektorunun müdiri Tural Əhmədli qeyd etdi ki, gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günü artıq qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi qeyd edirlər.
Gənclər adından çıxış edən Əminə Alimova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Sonda Xətai rayonunu ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif olundu və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Xəbəri paylaş