Elvin Paşayev səyyar qəbul keçirib - Fotolar
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qızılqaya qəsəbəsində səyyar qəbul keçirib.
Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup qəsəbə sakinini dinləyən Rayon İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən qəsəbədə Dərəbağ adlanan ərazidə su arxının təmizlənməsini, ağacların budanmasını, güclü külək nəticəsində qaz xəttinin üzərinə yıxılan ağacın götürülməsini və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Xəbəri paylaş