Xəbər lenti

Çörəyin qiyməti ilə bağlı açıqlama - Yenilənib

Tarix: 31-01-2025 23:06     Baxış: 217

Azərbaycanda çörəyin qiymətində artım olacaq.

Mubarizciler.az Globalinfo.az-a istinadən məlumat verir ki, paytaxtdakı bəzi mağazalarda keçirilən sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

Məsələ ilə bağlı “Nur çörəyi” zavodundan bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq:

“Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, - deyə zavoddan bildirilib.

***

Report.az-ın məlumatına görə, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq.

Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.

Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar