Xəbər lenti

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib - Fotolar

Tarix: 31-01-2025 16:01     Baxış: 1 540

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Kəbirli kəndində şəhid Hüseynov Elnur Əhliman oğlunun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, qazilər və şəhid ailələrinin üzvləri iştirak edib.

Anar Məmmədov ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Tərtərdə də davam etdirildiyini qeyd edib.    
Şəhidin atası dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti ənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar