Xəbər lenti

Asim Rüstəm: "Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu"

Tarix: 30-01-2025 10:41     Baxış: 252

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”

Ulu Öndər Heydər Əliyev

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında, onların vətənpərvər ruhda tərbiyə almasında dərin izlər buraxmışdır. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi, təhsil problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar imzalanmışdır. Ulu öndər Heydər Əliyev gənclərimizi Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunmuş və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilmişdir. Keçən dövr ərzində icra olunan Dövlət Proqramları, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi sayəsində gənclərimizin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə böyük irəliləyişlərə nail olunmuşdur.Hər olduğu kimi bu il də 2 Fevral–Azərbaycan Gəncləri Günü böyük ruh yüksəkliyi ilə qeyd edilir. Tarixi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə genişmiqyaslı taleyüklü görüşündən – Gənclərin I Forumundan başlayan bu gün ölkəmizdə gənclərə göstərilən diqqətin əyani sübutudur. Ümumilli lider Heydər Əliyev gənclər gününü Azərbaycan tarixinə yazmaqla həmişəlik gənclərin ölkə həyatında vacib rolunu, vətənimizin inkişafında gənc nəslin xüsusi yerini müəyyənləşdirmişdir. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Füyuzat jurnalından qısa alıntı: “Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə,sadiq,əyilməz,alnıaçıq həm də dükənməz gücdür..”


Asim Rüstəm: Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar