Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Millət vəkili Goranboyda şəhid ailəsini ziyarət etdi - Fotolar

Tarix: 28-01-2025 16:28     Baxış: 1 575

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Əlirzalı kəndində şəhid Şahmalıyev Əzim Namiq oğlunun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, ziyarətdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onlara Əzim kimi vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.

Millət vəkili bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.

Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar