Eyvaz Hüseynov vətəndaşların müraciətlərini dinləyib - Fotolar
24 yanvar 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Mubarizciler.az ın məlumatına görə, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək qeyd edib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq müvafiq addımlar atılır, qərarlar qəbul edilir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 400 manat, fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 320 manat müəyyən edilib. Bu, bir daha onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Başçı vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əmək haqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqlarında artımları təmin edəcək. E. Hüseynov diqqətə çatdırıb ki, bütün bunlar bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu, həm də Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiq edir. Daha sonra natiq, ölkə rəhbərləyi tərəfindən məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışaraq, yaxın zamanda digər keçmiş məcburi köçkünlər kimi Xocavənd rayon sakinlərinin də öz doğma yurdlarına qayıdacaqlarını diqqətə çatdırdı.
Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.
Xəbəri paylaş