Xəbər lenti
11-02-2025, 14:06
 

Azər Məmmədov Salyanda vətəndaşları qəbul edib - Fotolar

Tarix: 24-01-2025 21:30     Baxış: 546

"Azəriqaz" İB-nin baş direktorunun ilin ilk vətəndaş qəbulu Salyan rayonunda baş tutdu.

Mubarizciler.az ın məlumatına görə, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

Azər Məmmədov ilk öncə Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad edib.

Vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar