Goranboyda Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Səfikürd, Tatarlı, Zeyvə və Şəfəq kəndlərindən olan seçicilərlə görüşü keçirilib - Fotolar
YAP regionun əsas siyasi qüvvəsi olaraq qalacaq.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Səfikürd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Səfikürd, Tatarlı, Zeyvə və Şəfəq kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.
YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əhəmiyyətindən bəhs edib. O, yeni çağırışlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Təşviqat qrupunun üzvləri Rəddin Məmmədov və İsgəndər Səklikov bildiriblər ki, bələdiyyələrin islahatlar yolu ilə təkmilləşdirilməsi bələdiyyələrin daha müstəqil və çevik hala gətirilməsinə hesablanıb. Bələdiyyə üzvlüyünə namizəd Murad Muradov bələdiyyə üzvü seçiləcəyi tədqirdə, “Bələdiyyələrin statusu haqqında” qanunun tələblərini əsas götürərək, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəyini bildirib.
Görüş zamanı çıxış edən seçicilər Mirhəsən Hüseynov və digərləri bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Tatarlı kənd sakinləri ilə fərdi görüşlər keçiriblər.
Xəbəri paylaş