Xəbər lenti
11-02-2025, 14:06
 

Goranboyda VI sinif üzrə monitorinq nəticələrinin təhlili mövzusunda görüş keçirilib - Fotolar

Tarix: 23-01-2025 19:13     Baxış: 847

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VI sinif üzrə monitorinq nəticələrinin təhlili mövzusunda görüş keçirilib.

Görüşdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, sektor əməkdaşları, tabelikdə olan ümumi təhsil məktəblərinin direktorları,müavinləri, cari tədris ilində VI sinifdə Tədris dili,riyaziyyat və təbiət fənni tədris edən müəllimlər iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, görüşdə sektor  müdiri Xəyal Məmmədov VI siniflərin monitorinq üzrə  nəticələri, 2023-2024-cü tədris ilinin nəticələrinin fənlər üzrə dinamikası,aşağı və yüksək nəticə göstərmiş təhsil müəssisələri barədə məlumat verib. 

Bununla yanaşı sektor müdiri  mövcud vəziyyət, hədəflər və tapşırıqlar barədə də ətraflı məlumat verib. 

Görüşün davamında ümumtəhsil məktəblərinin direktorlarını maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar