Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

İcra başçısını növbəti səyyar qəbulu rayonun Kövər kəndində keçirildi - FOTO 0

Tarix: 16-02-2023 13:45     Baxış: 1 382

Növbəti səyyar qəbul rayonun Kövər kəndində keçirildi

Mubarizciler.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonunun Kövər kəndində keçirib. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Kövər və Kolanı kənd sakinlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək xatirələrinə öz ehtiramlarını bildiriblər.

Şəhər rəhbəri çıxış edərək son illərdə Respublikamızın o cümlədən rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

İcra Başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları bəzi məsələlərin həll olunması üçün yerində müvafiq tapşırıqlar verib. Həlli Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara müraciət edilməsi üçün nəzarətə götürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar