Goranboyda Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri kənd və qəsəbələrində seçicilərlə görüş keçirilib - Fotolar
YAP xalq etimadının etibarlı ünvanıdır.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Boluslu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Məşədiqaralar, Eyvazlılar, Nərimanlı Zeynallı kəndlərindən olan seçicilərlə və Qızılhacılı bələdiyyəsi üzrə namizədlərin isə Qızılhacılı qəsəbəsi, Balakürd kəndindən olan seçicilərlə görüşləri keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.
YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev ötən müddət ərzində Azərbaycanın dinamik inkişaf yolu keçdiyini, böyük uğurlar və misilsiz qələbələr qazandığını deyib.
Seçki qərargahının üzvü Gündüz Hacıyev, təşviqat qrupunun üzvləri Səyad Quliyev, Əzra Həşimova və Kəmalə İsmayılova, bələdiyyə üzvlüyünə namizədlər Nüşrəvan Əliyev və Pərvanə İsayeva YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Vurğulanıb ki, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi mühüm məqsədlərdəndir.
Seçicilərdən Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov, Qəmbər Xəlilov və Valeh Qurbanov bələdiyyə seçkilərində zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Qızılhacılı qəsəbəsi və Məşədiqaralar kənd sakinləri ilə fərdi görüşlər də keçiriblər.
Xəbəri paylaş