Xəbər lenti
8-05-2026, 14:49
 

DSX-nin müstəntiqi rüşvətə görə həbs edildi - FOTO 0

Tarix: 16-02-2023 12:39     Baxış: 1 303



Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir.

İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Sözügedən məsələ araşdırılıb, müstəntiqə cinayət işi açılıb. Müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar