Xəbər lenti

Anar Tağıyev səyyar qəbul keçirib - Fotolar

Tarix: 18-01-2025 00:40     Baxış: 1 022

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Balçılı kəndində növbəti səyyar qəbulunu keçirmişdir. 
Mubarizciler.az xəbər verir ki  qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri eləcədə kənd sakinləri iştirak etmişlər.
Sakinlər işlə təmin olunma, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, elektrik enerjisi verilişi və digər mövzularda müraciətlər səsləndirmişlər.
Müraciətləri fərdi qaydada dinləyən Şəhər rəhbəri tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmiş, bəzi müraciətlər isə yerində həll edilmişdir.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar