Xəbər lenti
25-07-2026, 19:27
 

“Tərtər işi” ilə bağlı 4 nəfərin işi icraata götürülüb, 192 zərərçəkən var 0

Tarix: 16-02-2023 12:35     Baxış: 1 115



“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi Bakı Hərbi Məhkəməsi tərəfindən icraata götürülüb.

APA-nın xəbərinə görə, iş hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılan istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərinin aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar